Tacikistanda yenə zəlzələ oldu
Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb
Tacikistanda 5 bal gücündə zəlzələ baş verib. Bu barədə məlumatı Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi yayıb. Zəlzələnin episentri Murqab yaşayış məntəqəsindən 58 kilometr cənub-qərbdə yerləşib.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.