Kahramanmaraşda yenə zəlzələ oldu
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb
Türkiyənin Kahramanmaraş əyalətində 4,2 bal gücündə zəlzələ baş verib. Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların episentri əyalətin Göksun rayonunda, ocağı isə 7 kilometr dərinlikdə yerləşib.
Zəlzələ nəticəsində dağıntılar və xəsarət alanlar barədə məlumat verilməyib.