Bu gün İranın Kerman əyalətinin Faryab şəhərində 4,7 bal gücündə zəlzələ baş verib. Bu barədə İSNA xəbər yayıb.
Məlumata görə, saat 07:53 radələrində meydana gələn zəlzələ 9 kilometr dərinlikdə qeydə alınıb.
Hələlik zəlzələ nəticəsində dağıntıların və ya insan itkisinin olub-olmaması məlum deyil.