Taliban gözəllik salonlarını qadağan etdi
Bu barədə "RİA Novosti" xəbər verib
Əfqanıstanda hakimiyyəti 2021-ci ilin avqustunda ələ keçirmiş Taliban qruplaşması ölkədə gözəllik salonlarını qadağan edib.
Müvafiq nazirliyin məktubuna əsasən, verilən lisenziya və müqavilələr etibarsızdır.
Bəzi müəssisə sahiblərinin verdiyi məlumata görə, bu gün qadınların gözəllik salonlarında işləməsi ailələrini dolandırmağın yeganə yoludur.
"Deyirlər ki, kişilərə işləmək imkanı yaratsalar, özləri də evdən çölə çıxmayacaqlar", - məlumatda bildirilib.