XƏBƏRLƏR / Həyat Tərzi

Pakistanda blogerin toyunda basabasda 2 ölü, 20 yaralı

Bloger Ənsar Mahmud hamını toya dəvət edərək onlara bahalı mükafatlar vəd edib

Pakistanda blogerin toyunda basabasda 2 ölü, 20 yaralı
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Pakistan mənbələrinin məlumatına görə, Pakistanda blogerin toyunda baş verən basabas nəticəsində iki nəfər ölüb, 20 nəfər yaralanıb.

    Tik-Tok blogeri Ənsar Mahmud hər kəsi şənliyə dəvət edərək onlara bahalı mükafatlar vəd edib. Çoxlu sayda insan Sialkotdakı Faraz İdman Stadionuna axışıb.

    Polisin məlumatına görə, TikTok bloqçusu, "Mr Patlo" kimi tanınan Mahmud izləyicilərini toydan əvvəl mehndi mərasiminə dəvət edərək pul mükafatları və hədiyyələr vəd edib. Bunlara 20 milyon Pakistan rupisi, avtomobil, 50 motosiklet, mobil telefon və digər qiymətli hədiyyələr daxildir.

    Polis izdihamı saxlaya bilməyib və basabas baş verib. Nəticədə xəsarət alanlar olub.

    Polis Mahmud da daxil olmaqla doqquz nəfərə, eləcə də şəxsiyyəti məlum olmayan 45 şəxsə qarşı cinayət işi açıb. Altı şübhəli saxlanılıb. İddia edilən cinayətlərə səhlənkarlıq nəticəsində ölümə səbəb olmaq, dövlət əmrlərini pozmaq və əmlaka ziyan vurmaq daxildir.

    Mahmudun özü hadisəyə görə məsuliyyəti rədd edir. O, basabası qəza adlandırıb və faciə zamanı hadisə yerində olmadığını iddia edib.