Tbilisi bağçalarında kütləvi zəhərlənmə: 55 uşaq,1 müəllim
Zəhərlənmə 20 uşaq bağçasında birdən baş verib
Tbilisidəki 20 uşaq bağçasından ən azı 55 uşaq və bir müəllim zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib - Rustavi2.
İstintaq Xidməti "İnsan həyatı və ya sağlamlığı üçün təhlükəli olan, həyat və ya sağlamlıq üçün təhlükə yaradan məhsulların istehsalı, idxalı və ya satışı" maddəsi ilə cinayət işi açıb.
İstintaq tədbirlərinin gecə ərzində dörd uşaq bağçasında, eləcə də bağçaları təchiz edən üç şirkətdə aparıldığı bildirilir.
İlkin məlumata görə, hadisənin səbəbi bağçalarda istehlak edilən qidadan qaynaqlanan bakterial intoksikasiyadır.
Epidemiologların tövsiyəsi ilə risklərdən sığortalanmaq məqsədilə 7 dövlət uşaq bağçasında tədris prosesi dayandırılıb, qalan 183 uşaq bağçası fəaliyyətini davam etdirir - Tbilisi Uşaq Bağçalarının İdarə Edilməsi Agentliyi xəbər verir.
1 dəqiqə