Tbilisidə əhali "xarici agent" haqda qanuna etiraz edir
Gürcüstan parlamenti birinci oxyunuşda qanunu qəbul edib
Gürcüstan parlamenti xarici agentlər haqqında qanun layihəsini birinci oxunuşda qəbul edib
Gürcüstan parlamentinin deputatları xarici təsir agentləri haqqında qanun layihəsini birinci oxunuşda qəbul ediblər.
İclas qanunverici orqanın saytında canlı yayımlanıb.
"76 lehinə, 13 əleyhinə səs verdi. Qanun layihəsi birinci oxunuşda qəbul edildi", - səsvermə prosedurundan sonra parlamentin spikeri Şalva Papuaşvili bildirib.
Bundan sonra Tbilisinin mərkəzinə qanuna etiraz edən sakinlər toplaşıb. Gürcüstan hakimiyyəti izdihamı polis qüvvələri ilə dağıdmaq istəyir. Polis gözyaşardıcı qazdan və su şirnağlarından istifadə edib.