BLOQ

Təbrizin iki oyunu

Oyun iki şahmat taxtasında gedir

Təbrizin iki oyunu
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Təbriz iki cəbhədə hücumdadır - Milli Məclisdə İsfəhan mafiyasını “mələdir”, futbol meydanında isə Tehranın "Peykan"ını.

    İki şahmat taxtasında oynayır Təbriz. Əsl qrossmeyster kimi.

    Şahmat fiqurlarının, futbol oyunçularının ipini təbrizlilər bir nöqtədən - pərdəarxasından dartıb oynadırlar.

    Əhsən Təbrizin gizli, kulislərdəki fəndlərinə.

    Milli Məclisdə təbrizlilər sənaye, dağ-mədən, ticarət naziri Seyid Rza Fatemi Əmini laxladırlar. İmpiçment baş tutsa da, rəsmi qüvvələr müqavimət göstərir. Noolsun. Əsas, siyasi alverdir. Təbrizlilər ticarət naziri kürsüsünü satacaqlar. Ancaq öz xeyirləri müqabilinə.

    İkinci qurban Əmirəli Abdullahiyandır. Gözləyək. Onun da pişiyini Məclisin lay divarlarına dırmaşdırıblar. Bu fiqurla da alver gedir.

    O ki qaldı futbola... həəə, “Traxtor” qələbə qazandı. Hakim Ruhulla Şərifi qələbəni Təbrizə verdi. Məhəmməd Qəmbərinin vurduğu bircə top oyunun taleyini həll etdi.