BLOQ

Quranda israf

Allah israf edənləri sevmir

Quranda israf
  • Oxuma müddəti:

    3 dəqiqə

  • İsraf nədir? Fərqli təriflər verilsə də, həmin tərifləri bir araya gətirərək belə qənaətə gəlmək olur

    "İsraf - İnsanın halal nemətləri (maddi və mənəvi) qədərində, Allahın razılığı və Allah yolunda sərf etməsinə deyilir. Quran  iki  yerdə maddi nemətlərin israfına işarə edərək onu xay edənlərə ciddi xəbərdarlıq edir

     Allah israf edənləri SEVMİR! Həmin ayələri nəzərdən keçirək.

    Talvarlı və talvarsız (üzüm) bağları, müxtəlif dadlarda xurmalar, əkinlər, bir-birinə bənzəyən və bənzəməyən zeytun və narı yaradan Odur. Bar verdiyi zaman onun barından yeyin. Yığım günü də haqqını (zəkatını, sədəqəsini) verin, ancaq israf etməyin! Həqiqətən, Allah israf edənləri sevməz (Ənam.141).

    "Ey Adəm oğulları! Hər bir ibadət vaxtı (namaz qılarkən, məscidə gedərkən və ya təvaf edərkən) gözəl libaslarınızı geyin, yeyin-için, lakin israf etməyin, çünki (Allah) israf edənləri sevməz!"(Əraf.31).

    İndi isə tərifdəki ifadələri bir də nəzərdən keçirək. "Halal nemətlərin istifadəsi".

     Halal nemətlər hansılardır? Halal nemətlər insanın faydalandığı hər növ vasitələrə deyilir. İndi isə məntiqimizi işə salaq. Bəs faydası olmayanlar? Bəs faydası olmayıb ziyanı olan vasitələr necə?

    Bura siqaret kimi çox zərərli vərdişlər, energetik içkilər, geni dəyişdirilmiş və kimyəvi qatqısı olan ərzaqlarlar (çips, süni şokoladlar, qazlı içkilər) və s daxildir. Bir az da məntiqimizi işə salaq və özümüzə belə bir sual verək.

    Ziyanından başqa bizə heç bir təsiri olmayan siqareti çəkməklə israf edirikmi?

    Xeyr, israf etmirik! Birbaşa Allaha xəyanət edirik!

    Çünki, qeyd olunduğu kimi, israf halal nemətlərin qədərindən artıq isifadəsinə deyilir. Siqareti isə bura daxil edə bilmərik. İndi hansı məntiqlə siqaret çəkən ruhani və dindarlarımız təqlid etdikləri alimlərin fətvasını gözləyirlər? Bir misal çəkim. Bəzi zəhərli göbələklər, bitkilər, balıq və quruda yaşayan heyvanların əti  insanı dərhal zəhərləyib öldürmür. Zamanla öz işini görür və müxtəlif xəstəliklərə səbəb olurlar. Amma müctəhidlər həmin bitki və heyvanlar barədə heç bir fətva vermirlər. Bəs siqaret? O da dərhal insanı öldütmür. Amma xərçəngdən ölənlərin və xərçəngə səbəb olan vasitələrin başında məhz siqaret gəlir. Əvvəla bunu bilmək lazımdır ki, bu din aliminin işi deyil. Quran "bilməyənlər bilənlərdən soruşsun" deyə əmr edir. Yəni sahə mütəxəssislərindən. Bu yazı siqaret çəkənlər və ziyanverici qidalardan istifadə edənlərə ağır gələ bilər. Gəlsin! Amma bilsinlər ki, Allah halal nemətləri israf edənləri sevmirsə, onlara olan münasibəti necə ola bilər. Ən ağır tərəfi isə siqaret çəkənlərin qazandıqlarını halal və faydalı yerlərdən (özlərinin və ailələrinin sağlam qidalanmasına) kəsib özlərinə və ailələrinə (fiziki və maddi) ziyan vurmalarıdır.

    Sonda "Özünüzə və ətrafınıza zülm etməyin" məzmunlu onlarla ayəni xatırlatmaq istədim. Düşünün, ey ağıl sahibləri.