BLOQ

Xankəndidə separatçılar bir-birini qırır

Rusiya SK-nin müvəqqəti yerləşdirildiyi Qarabağda əhval-ruhiyyə necədir?

Xankəndidə separatçılar bir-birini qırır
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Separatçıların başçısı Araik Arutyunyan yaranmış vəziyyətlə əlaqədar kafe və restoranlara kütləvi şənlik tədbirəri keçirməyi qadağan etdiyini elan edib. Lakin Xankəndidəki iaşə obyektlərinin sosial şəbəkələrindən məlum olur ki, Araikin bu qadağası qulaqardına vurulur və toy və ad günlərinin qeyd olunması davam edir.

    Oyuncaq rejimin keçmiş qondarma "müdafiə naziri" Samvel Babayan isə bəyan edib ki, Xankəndi ilə Bakı arasında birbaşa danışıqlara başlamaq, qarşılıqlı etimad yaratmağa çalışmaq, müxtəlif sadə məsələlərdə razılığa gəlmək lazımdır, insanlar sakit və normal yaşamalıdırlar. 

    Beynəlxalq dələduz Ruben Vardanyan isə Azərbaycanla danışıqları xəyanət hesab edir və əsas günahı Ermənistanın baş naziri Nikol Paşınyanda görür. O bəyan edib ki, "Artsaxın bugünkü problemlərinə görə məsuliyyət yalnız bir şəxsin - nə siyasi idarəçilikdə, nə də beynəlxalq diplomatiyada təcrübəsi olan, yanlış danışıqlar aparan şəxsin üzərinə düşür. Danışıqlar prosesi bu gün heç bir qanuni əsas olmadan təkbaşına, faktiki olaraq, Artsaxı təslim etmək qərarına gələn bir şəxsə görə yanlış yola getdi".

    Lakin bu siyasi və ictimai "xadimlərin" bəyanatları heç bir məna kəsb etmir. Çünki Xankəndidə real hakimiyyət ərazidə müvəqqəti yerləşdirilmiş Rusiya Sülhməramlı Kontingentinin əlindədir. Rusiyaya isə Azərbaycanla Ermənistan arasındakı sülh prosesi və Qarabağda yaşayan erməni azlığının Azərbaycan cəmiyyətinə inteqrasiyası qəti sərf etmit. Rusiya əlindən gələni edəcək ki, regionda sülh bərqərar olmasın. Əks təqdirdə rus hərbçilərinin nə Azərbaycan, nə də ki, Ermənistanda qalmasına ehtiyac qalır.