BLOQ

Bir adın tarixçəsi: adaşım Azay

Onun atası Azad 1992-ci ildə Şuşanın məşhur"Əjdaha bulagı" deyilən ərazisində ağır yaralanmışdı

Bir adın tarixçəsi: adaşım Azay
Azad Abbasov soldan birinci, ayaqüstə
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Bu günlərdə adaşım Azayın toyu idi.

    Azayın atasi Abbasov Azad Şuşada yerləşən Xüsüsi təyinatlı hərbi hissənin ali rütbəli zabiti idi. Laçın rayonundandır.

    Şuşanın işğalından (8 may 1992-ci il) üç gün əvvəl həyat yoldaşı gəlmişdi yanına. 8 may 1992-ci ildə qəflətən səhər Şuşaya hücum oldu. Həmin vaxt Azad Abbasov Şuşanın məşhur"Əjdaha bulagı" deyilən ərazisində ağır yaralandı və arxaya etap olundu. Güllə ürəyindən 0,5 sm yuxarı keçərək sol qoltugunun altından çıxmışdı və təbii ki, heç bir tibbi yardım olunmamışdı, çünki ermənilər artıq Şuşanın Mərkəzi Xəstəxanasının binasına daxil olmuşdular. Şuşa artıq boşalmışdı. Yuxarı "dördyol"da qadınlı-kişili çoxlu insan cəsədləri var idi.

    Dislokasiya yerinə gələrkən gördum 3 nömrəli internet məktəbinin zirzəmisindən qadin ağlaşması və ağrı cəkən adamın inilti səsləri gəlir. Baxdım ki, Azad Abbasov və xanımıdır. Tək qalıblar. Maşın hazırladım, əsgər döşəyi tapdım, əsgər "koyka"sı sökdüm, yaralını və xanımını maşına yerləşdirdim. Bu həmin saatlar idi ki, artıq Daşaltı və Qırmızı Bazar kəndlərindən mütəmadi olaraq erməni tankları və "BMP-2" Piyada Döyüş Maşınları yüksəkliklərdən Zarıslı kəndindən Şuşaya daxil olan giriş-çıxış yolunu tam nəzarətdə saxlayırdılar və artıq itkilər də var idi...

    Şuşa muhasirəyə düşdü. Bunları gizli yollarla çıxardim, bu yol həmin yol idi ki, ekoloqlarımız Xankəndi yolunu bağlayanda ermənilər həmin yol ilə gizli silah daşıyırdılar və sayəmdə həmin gizli yol aşkarlandı və yolu bağlaya bildik!

    Azadı Laçına, oradan da vertolyotla Bakıya yola saldım. Çoxlu qan itirməsinə baxmayaraq sag qaldı. Bir necə aydan sonra oğlu oldu. Adını Azay qoyubmuşlar. Bir neçə ildən sonra kirvəsi oldum. İndi böyuk toyu oldu! Təbriklər! İstərdim balaca Azay da atasi kimi cəsur biri olsun!
    Azad Abbasov (soldan ikinci) döyüş yoldaşları Salman Hüseynov və Azay Kərimovla