Məhəmməd Əmin Rəsulzadənin CANLI MÜRACİƏTi
31 yanvar Azərbaycanın banisi M.Ə.Rəsulzadənin doğum günüdür
Azərbaycanın ilk milli VMF Saat Fabrikinin sifarişi ilə ANS Şirkətlər Qrupuna daxil olan "Balans" Milli Animasiya Studiyası respublikamızın banilərindən olan Məhəmməd Əmin Rəsulzadənin ad gününə maraqlı bir layihə həyata keçirib. Belə ki, "Balans studiyası" M.Ə.Rəsulzadənin VOA radiosu vasitəsi ilə Azərbaycan gənclərinə məşhur müraciətini animasiya üsulu ilə canlandırıb.
Bu gün Azərbaycan dövlətçiliyini yaradanlar haqqında kitablar dərc edilir və bu yolla Şərqdə ilk respublika yaradanların irsi və yolu təbliğ olunur. Lakin gənc, "Tik-Tok" və "İnstagram" nəsli üçün qısa videoçarxların mövcudluğu, düşünürəm, hörmətli alimlərimizin yazdığı kitablara yol açmaları üçün daha səmərəli və yaddaqalan vasitə olar.
31 yanvar Azərbaycanın banisi Məhəmməd Əmin Rəsulzadənin anadan olmasının 139-cu ildönümüdür.
Ürəkdən təbrik edirik, Məhəmməd Əmin bəy!