Erməni vandalizminin 1918-ci il nişanəsi
Bu foto Qubadlının Aşağı Xocamusaxlı (Xoca İshaqlı) kəndində çəkilib, karabakh.center saytında yerləşdirilib
İkimərtəbəli evin uçuqları erməni vəhşiliklərinin son otuz ildə qoyduğu izlərdən birini deyil, düşmənlərimizin 1918-ci ildə törətdiyi vandalizmi nişan verir.
Kəndə daxil olan silahlılar onların qənimi kimi yerli əhalinin sevimlisinə çevrilmiş, Cumhuriyyət dövründə Zəngəzur qəza rəisinin birinci müvavini Şahsuvar bəy Kələntərovdan (Hüseynbəyov) intiqam almaq üçün onun evinə od vurmuşlar.
Yanmış evin damsız divarları sovet hakimiyyəti illərində də fotoda göründüyü kimi eynən beləcə qalmışdı. 1983-cü ildə Qasım Qasımzadənin 60 illiyi Qubadlıda təntənəli şəkildə qeyd ediləndə onunla Aşağı Xocamusaxlıya baş çəkmişdim. Qasım müəllim babasının evini soraqlayanda bizə həmin evi göstərmişdilər.
1918-ci ilin erməni vandalizminin yüz ildən artıq tarixi nişanəsi kimi o evi necə qalıbsa elə də saxlamaq lazımdır. Üstünə izahedici memorial lövhə də vurula bilər.