BLOQ

31 il əvvəl çıxdığımız cığırla Malıbəyliyə doğru!

Həm döyuşçü olaraq, həm də əsgərlərimizə bələdçi olaraq...

31 il əvvəl çıxdığımız cığırla Malıbəyliyə doğru!
  • Oxuma müddəti:

    2 dəqiqə

  • Ailəmdən başqa heç kim bilmədi haradayam. Bəziləri küsdü, küsür və inciyir, tək-tək adamlar axtardı. Onun da 99 faizi zabit və general dostlarım və təbii ki, silahdaşlarımdır.

    Antiterror əməliyyatında iştirak etdim, 31 il əvvəl - 2 il 8 aylıq mühasirədən sonra kənd camaatı ilə hansı cığır və yol ilə çıxmışdıqsa, həmin yol ilə də geri qayıtdım. Həm döyuşçü olaraq, həm də əsgərlərimizə bələdçi olaraq. Nəticədə Malıbəyli və Quşçular kəndləri tam olaraq azad edildi.

    İndi də Qarabağdayam. Azad
    olunmuş torpaqları minadan təmizləyirik - bir tərəfi Xocalı, Xocavənd, Füzuli, Cəbrayıl, düz İran sərhəddinə kimi.

    Mən Ali Ümumqoşun Məktəbini bitirmişəm, belə məktəbi bitirən zabitlərə (hərbi döyuş təyyarələrində uçmaqdan və bir də Yaponiyaya raket atmaqdan başqa) hərb elminin bütün sirlərini öyrədirdilər, o cümlədən mühəndis işlərini, mina basdırmağı, onu zərərsizləşdirməyi də həmçinin...

    Qarabağ müharibələrində cox qarşılaşmışıq belə işlərlə. Ancaq bu iş müharibə etməkdən çox çətin və təhlükəlidir. İyi yox, qoxusu yox, gözlə görunmür, səsi eşidilmir, olduğu yer bilinmir, heç kimlə dostluq etmir, bir sözlə, mina torpağın altında istirahət edən gizli və çox təhlükəli düşməndir. İndi dövlətimiz, həm də xalqımız bu problemdən çox əziyyət çəkir, düşündüm ki, Bakıda “probka”larda (tıxaclarda) yaşamaqdansa, şərəfli bir işlə məşğul olmaq daha münasib olar, həm də vaxtı ilə kəndini və kəndlilərini - Malıbəylini, Quşçuları, Kərkicahanı, Xocalını, Turşsunu, Şuşanı və şuşalıları, Ağdamı, bir sözlə, namus və qeyrətlərini qoyub qaçanlar birinci olaraq geri qayıdanda minaya düşməsinlər. Belələrini burda görürəm, tanıyıram... Nə olsun, heç xəcalət çəkib utanıb-qızarmırlar da; hamıdan birinci gəliblər...

    QARABAĞDAN SALAMLAR!!!