XƏBƏRLƏR / Diplomatiya

Tehrandakı səfirlər İran XİN-ə çağırılıb

Bu barədə “Mehr” agentliyi məlumat yayıb

Tehrandakı səfirlər İran XİN-ə çağırılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tehrandakı səfirlər və Avropa missiyalarının rəhbərləri Avropa İttifaqının (Aİ) Fars körfəzinə müdaxiləçi mövqeyinə etiraz olaraq İran Xarici İşlər Nazirliyinə çağırılıb.

    Bu barədə “Mehr” agentliyi məlumat yayıb.

    İran Xarici İşlər Nazirliyinin məlumatına görə, Körfəz Əməkdaşlıq Şurası (KƏŞ) və Aİ xarici işlər nazirlərinin birgə bəyanatında BƏƏ-nin İranın Böyük Tomb, Kiçik Tomb və Əbu Musa adalarına əsassız ərazi iddialarını dəstəkləməsi, həmçinin İranın müdafiə və nüvə proqramları ilə bağlı şərhlər Tehranda etirazla qarşılanıb. İran xarici işlər nazirinin müavini Məcid Təxt Rəvançi Avropa səfirlərini çağıraraq Tehranın kəskin etirazını bildirib.

    Nazir müavini səfirlərə İranın daxili işlərinə açıq-aşkar müdaxilə olunduğunu bildirib.