BLOQ

Qara Qarayevin qohumlarının acı taleyi

Haqqın.az saytı keçmiş mədəniyyət naziri ilə bağlı “Əbülfəz Qarayev ədalət arzusundadır. Gecə düşüncələri” adlı yazıda Ə.Qarayevi ittih

Qara Qarayevin qohumlarının acı taleyi
Qara Qarayevin qohumlarının acı taleyi
  • Oxuma müddəti:

    4 dəqiqə

  • Haqqın.az saytı keçmiş mədəniyyət naziri ilə bağlı “Əbülfəz Qarayev ədalət arzusundadır. Gecə düşüncələri” adlı yazıda Ə.Qarayevi ittihamlara “qərq” edib.
    Əbülfəs Qarayevi 26 ildir tanıyıram. Mən ANS ÇM radiostansiyasında müxbir işləyəndə Əbülfəs müəllim də “İmrprotex Kommers” şirkətində işləyirdi. Sonradan biz də buraxılışlardan birində xəbər verdik ki, Əbülfəs Qarayevi təzə yaradılan Gənclər və İdman nazirliyinə nazir qoyublar. Düzü, sevindim, ona görə ki, tanıyırdım. Məşhur adam deyildi. Sadəcə, o vaxt Azərbaycanda 3-4 şirkət var idi, ona görə də hamını tanıyırdıq. Yoxsa ki, o da müəllim baba idi, özü də hansısa rayonda. Fikirləşirdim ki, cavanların qədrini biləcək. Sonra o nazirliyə hələ turizmi də əlavə etdilər. Sonra mədəniyyət və turizm naziri oldu, sonra da mədəniyyət naziri. Fikirləşdim ki, ölkəni tanıdan əsas sahə - mədəniyyətimiz etibarlı əllərdədir. Çünki Əbülfəs müəllim həm də Qara Qarayev kimi dahi bəstəkarın nəslindəndir. Fikirləşirdim ki, ən azı, sovetlərdən bizə miras qalmış, az qala hər məhəllədə olan musiqi məktəblərində işləyən müəllimlərin qədrini biləcək. Çünki bu müəllimlər Qara Qarayevdən tutmuş, Süleyman Ələskərov, Vasif Adıgözəlzadəyə qədər hər birinin irsinin yayıcısıdırlar. Mən klassik dünya musiqinin baniləri – Bax, Bethoven, Hendel, Vivaldi, Şubert, Şopeni demirəm. Ona görə ki, onlar bu musiqini bizdən 200 il əvvəl yazıblar. Bütün məşhur müsiqiçilər dünya arenasında tanınmaq üçün onları seçir. Mən hesab edirəm ki, Qara Qarayev heç də onlardan əskik musiqiçi deyil. Amma onun musqisini tək-tək adam tanıyır. Bilirəm ki, Qara Qarayev kimi dahini Azərbaycanda da o qədər tanımırlar. Onun adına olan metro stansiyası daha çox məşhurdur.
    Həmin yazıdakı ittihamlara inansaq (https://haqqin.az/news/179303), belə çıxır ki, Əbülfəs müəllimin başı doğrudan da qiyməti yüz min dollarlarla ölçülən rəsm əsərlərini ələ keçirməyə qarışıb, ona görə aparılan islahatların “qaymağı” Mədəniyyət Nazirliyindəki əməliyyatlar hesab edilir. Vaxtilə, onsuz da qəpik-quruş alan müəllimlərin yay tətilindən qayıdanda əllərinə dəyməyən “15 günlük”lərinin mənimsənilməsi, hətta həmin dövrün “müəllimin şalvar satan ayı” adlandırılmasını, ölkədə keçirilən və musiqiyə aidiyyatı olmayan idman yarışları zamanı bəzən 1 aylıq məvaciblərinin kəsildiyini bilirdik. Dəfələrlə yazmışdıq da. Cavab almamışdıq.
    İndi də fikirləşirəm ki, həmkarlarımızın klassik musiqimizin Qlinkası saydığı Qara Qarayevə ögey münasibət bəlkə buradan qaynaqlanırmış? Mən burada digər ittihamlardan yazmadım. Sadəcə, bilmək istəyirəm. Və təkcə mən yox. Mənim kimiləri minlərlədir: doğrudanmı Əbülfəs müəllimin bunlardan xəbəri yox idi, və ya var idi?
    Məncə, Əbülfəs müəllim bu suala cavab verməlidir!
    Hörmətli Əbülfəs müəllim, xahiş edirəm, bu suala cavab verəsiniz.
    KİV vasitəsilə ictimaiyyətə çıxmağın müxtəlif yolları var – mətbuat konfransı, brifinq, dəyirmi masa, telefonla mühasibə, videokameraya müsahibə, İnternet xidmətlərinin vasitəsi ilə müsahibə və s.
    Hansını istəyirsiniz seçin. Təki cavab verin. Sizi o yazıdakı kimi bilmək, xatırlamaq istəmirik.
    Əks təqdirdə, https://haqqin.az/news/179303) yazıılan bütün ittihamlara inanmaq məcburiyyətindəyik və siz bu ittihamlarla tarixə düşəcəksiniz. Hər kəs dahi Qara Qarayevin nəslinin nümayəndəsini o yazıdakı kimi yadda saxlayacaq...