"Təlqin"
"Qan qrupu"
Sözləri: Vahid Naxış (Vahid Mustafa yev)
Musiqi: "Qan Qrupu"
İfa Edir: "Qan Qrupu"
Müğənni: Elnarə Xəlilova
Səs Yazısı: BALANS (RED) STUDİYA (bu şirkət ANS Şirkətlər Qrupuna daxildir) "TƏLQİN"
Videoçarxın İstehsalı: BAKIFİLM Kinostudiyası (bu şirkət ANS Şirkətlər Qrupuna daxildir)
Copyright ANS©2009
TƏLQİN nə deməkdir? (lüğət)
1. Təlqin etmək – bir şeyi anladıb inandırmaq, beyninə yeritmək, qəbul etdirmək. "Tahir … yenə qocanın mənalı-mənalı baxan, təlqin dolu gözlərini, qüvvətlə gurlayan səsini unutmurdu".
M.Hüseyn. "Çox həqiqət mənə təlqin eləyir vicdanım; Yoxdur ondan birini söyləməyə imkanım".
A.Səhhət. "Bu dayə pakürəkli, saf bir qadındı və bu saflığı ilə də Səməd bəyə düzlük və doğruluq təlqin eləmişdi".
Çəmənzəminli. 2. İslamda: meyit dəfn olunanda molla tərəfindən məzar başında oxunan dua.
"TƏLQİN"
Sözləri: Vahid Naxış (Vahid Mustafa yev)
Sabahin... Sabahin xeyir, mənim son daşim,
Doğulan gündən mənim yoldaşim,
Qorxularimdan çixan sirdaşim.
Oldun qanıma qaltan.
Günortan! Günortan xeyir, yarılan qaşim,
Yarimçiq qalan mənim savaşim,
Canımı alan doğma qardaşim.
Əridi mənim şamim.
Axşamin! Axşamin xeyir, mənim baş daşim,
Boyumu ölçən uzun qamişim,
Apara bilmədiyim daş-qaşim,
Candan doymayan yaşim.
Qorxuram! Qorxuram atdığım səhv atdimlardan,
Keçə bilmədiyim imtahamlardan,
Sol əlimə verilən kitablardan,
Qarşıdaki sorğu-sualdan.
Qorxuram! Qorxuram istidən, yanan alovdan,
Susuzluqdan çatlayan dodaqlardan,
İçimdə qaynayan duru poladdan,
Yuxarıda duran paklardan.
Qorxuram! Bağlı ağiz, hərəkətsiz əllərdən,
Raqibin verdiyi həqiqətlərdən,
Ölmüş qardaş cəsədini yeməkdən,
Mən-nəkirə nəsə deməkdən.