XƏBƏRLƏR / İctimaiyyət

Tərtər sakini Bakıda 2 kiloqram narkotiklə saxlanılıb

DİN xəbər verir

Tərtər sakini Bakıda 2 kiloqram narkotiklə saxlanılıb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sabunçu RPİ-nin 42-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, Tərtər rayon sakini, əvvəllər eyni əmələ görə məhkum olunan Ş.Həsənli saxlanılıb.

    Bu barədə DİN-in Mətbuat xidmətindən bildirilib.

    Üzərinə baxış zamanı ondan 2 kiloqramdan artıq marixuana aşkarlanaraq götürülüb.

    Araşdırma aparılır.