XƏBƏRLƏR / İctimaiyyət

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb

Hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib

Tərtərdə bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tərtər rayonunda bir ailənin 4 üzvü dəm qazından zəhərlənərək ölüb.

    Hadisə rayonun Kəlbəcərdən olan keçmiş məcburi köçkünlər üçün salınmış Sarov qəsəbəsində baş verib.

    Qəsəbədə yaşayan əslən Kəlbəcər rayonundan olan bir ailənin 4 üzvü - Tağızadə Rüfət Mais oğlu, onun həyat yoldaşı Tağıyeva Əfsanə Fəqan qızı, onların övladları Tağızadə Ümid Rüfət oğlu və Tağızadə Sürəyya Rüfət qızı yaşadıqları evdə dəm qazından boğularaq həyatlarını itirib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunub, araşdırma aparılır.