THY İran, İordaniya, İraq və Livana uçuşları ləğv edib
Bu, İran və İsrail arasında yaşanan gərginlik və qonşu ölkələrin hava məkanının bağlanması səbəbindəndir
Türkiyənin iki hava yolu şirkəti İran və İsrail arasında yaşanan gərginlik və qonşu ölkələrin hava məkanının bağlanması səbəbindən ötən gecə və bu gün İran, İordaniya, İraq və Livana planlaşdırılan bütün uçuşları ləğv edib və bölgəyə uçan təyyarələr İstanbula geri qaytarılıb.
Bu barədə "TRT Haber" məlumat yayıb.
THY-nin TK 872, İstanbul-Tehran, TK 892, İstanbul-İsfahan, TK 884, İstanbul-Şiraz, TK 888, İstanbul-Məşhəd reyslərinin də marşrutunu dəyişərək İstanbula döndüyü öyrənilib.
AJet və Pegasus Hava Yollarının İstanbul Sabiha Gökçen Hava Limanından İran və İraqa uçan reysləri də ləğv edilib. Bu ölkələrə uçan təyyarələr Ərzurum, Diyarbakır, Elazığ və ətraf hava limanlarına istiqamətlənib.