XƏBƏRLƏR / Sosial şəbəkələr

“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edilib

DİN xəbər verir

“TikTok”da təhlükəli trendə qoşulan şəxs həbs edilib
Xanlar Ziyadov
  • Oxuma müddəti:

    1 dəqiqə

  • “TikTok”da kustar üsulla kimyəvi maddələrin birləşməsindən təhlükəli partlayış yaratmaqla kütləvi paylaşımlar edilir.

    Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, polis əməkdaşları tərəfindən sosial şəbəkələrdə təhlükəli trendə çevrilən həmin halla bağlı qəti tədbirlər görülür.

    Bərdə rayonunda partlayıcı maddə hazırlayaraq görüntülərini "TikTok” sosial şəbəkəsində yayan şəxs müəyyən olunub. Polis əməkdaşları tərəfindən keçirilən tədbirlərlə 2003-cü il təvəllüdlü Ziyadov Xanlar saxlanılıb. Onun yaşadığı ünvana baxış zamanı partlayıcı maddənin hazırlanması üçün vasitələr və partlayıcını istifadə etdiyi barədə "TikTok" sosial şəbəkəsində yayımladığı görüntü aşkarlanaraq maddi sübut kimi götürülüb.

    Faktla bağlı Bərdə RPŞ-də cinayət işi başlanılıb, X.Ziyadov həbs edilib.

    Araşdırmalar davam etdirilir.