XƏBƏRLƏR / Sosial şəbəkələr

İlon Mask: Soros bəşəriyyətə nifrət edir

"O, sivilizasiyanın eroziyasını istəyir"

İlon Mask: Soros bəşəriyyətə nifrət edir
İlon Mask
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Sorosun niyyəti yaxşı deyil, o, bəşəriyyətə nifrət edir.

    Bunu “SpaceX” və “Tesla”nın CEO-su İlon Mask Twitter paylaşımında qeyd edib.

    Mask bu gün “Soros mənə Maqnetonu (“X-Men” qrupunu məhv etməyə çalışan pis niyyətli Marvel qəhrəmanı) xatırladır” - deyə paylaşım edib. Paylaşımın rəy bölməsində Sorosun müdafiəsinə qalxanlara cavabında Mask Sorosun sivilizasiyanı məhv etməyə çalışdığını vurğulayıb.

    “Siz elə güman edirsiniz ki, onlar yaxşı niyyətlidirlər, lakin deyillər. O, sivilizasiyanın eroziyasını istəyir. Soros bəşəriyyətə nifrət edir”, - Mask qeyd edib.

    Corc Soros