XƏBƏRLƏR / Məhkəmə

Tofiq Yaqubluya hökm oxunub

İşə Bakı Ağır Cinayətlər Məhkəməsində baxılırdı

Tofiq Yaqubluya hökm oxunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Milli Şuranın üzvü Tofiq Yaqublu və onunla birgə ittiham olunan jurnalist Elnur Məmmmədovun (Vaqifoğlu) cinayət işi üzrə məhkəmənin yekun prosesi keçirilib.

    Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə Tofiq Yaqublu son sözlə çıxış edib.

    Daha sonra məhkəmədə hökm oxunub. Hökmə əsasən, Tofiq Yaqublu 9 il, Elnur Məmmədov 8 il müddətinə azadlıqdan məhrum edilib.

    Xatırladaq ki, dövlət ittihamçısı Tofiq Yaqublunun 10 il , Elnur Məmmədovun isə 9 il müddətinə azadlıqdan məhrum edilməsini istəmişdi.