Tovio Klaar İrəvana çağırış etdi
Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi “Twitter“ hesabında bildirib
Gərginliyin azaldılması üçün Azərbaycan və Ermənistan tərəfindən təmkin göstərilməsinə və güclü siyasi iradəyə ehtiyac var. Bunu Avropa İttifaqının (Aİ) Cənubi Qafqaz və Gürcüstan böhranı üzrə xüsusi nümayəndəsi Toivo Klaar “Twitter“ hesabında bildirib.
“Ötən həftənin sonunda Azərbaycana səfərin ardınca bir neçə fikir:
1) Azərbaycan Prezidenti tərəfindən Aİ-nin vasitəçilik etdiyi formata vacib sadiqlik.
2) Bir sıra çağırışlar qalır; gərginliyin azaldılması və hərtərəfli tənzimləmə üçün Azərbaycan və Ermənistan tərəfindən təmkin və güclü siyasi iradəyə ehtiyac olacaq”, - Klaar qeyd edib.