XƏBƏRLƏR / İctimaiyyət

Tovuzda 36 nəfər dönərdən zəhərlənib

Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri araşdırmalara başlayıb

Tovuzda 36 nəfər dönərdən zəhərlənib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tovuz rayonunda dönərdən zəhərləndiyi ehtimal edilən 36 nəfərə tibbi yardımlar göstərilib və daha sonra onlar ambulator müalicə üçün evə buraxılıblar.

    Hadisənin səbəblərinin müəyyənləşdirilməsi ilə bağlı Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) mütəxəssisləri tərəfindən müvafiq qurumların əməkdaşları ilə birgə araşdırmalara başlanılıb.

    Artıq “022” dönər evində agentliyin mütəxəssisləri tərəfindən istehlaka təqdim olunan qidalardan nümunələr götürülərək laborator müayinələrə cəlb edilib.

    İctimai iaşə müəssisəsinin fəaliyyəti məhdudlaşdırılıb.