XƏBƏRLƏR / İctimaiyyət

Tovuzda ögey ata 14 yaşlı qızına toy edib

Polis əməkdaşları tərəfindən toyun qarşısı alınıb

Tovuzda ögey ata 14 yaşlı qızına toy edib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Tovuzda 14 yaşlı qızına toy edən şəxs ögey ata olub.

    Saxlanılan ögey ata ikinci ailəsindən olan qızına toy edən zaman polis əməkdaşları tərəfindən qarşısı alınıb.

    Belə ki, övladlarına toy edən hər iki valideyn məclisin keçiriləcəyi şadlıq sarayının sahibini aldadıblar. Onlar restorana başqa sənəd veriblər, yaşı uyğun olan şəxsin kimliyini şadlıq sarayına təqdim ediblər. Toy başlayan zaman qızın 14 yaşı olduğu məlum olub. Dərhal toyun qarşısı alınıb.

    Məlumata görə, oğlanla qız arasında 19 yaş fərq olub. Gəlin 2011-ci il təvəllüdlüdür. Bəy isə 1992-ci il təvəllüdlü Firdovsi Abbasovdur.

    Hazırda araşdırma aparılır.