16:11
Suriyanın xarici işlər naziri Əsəd əş-Şibani Prezident Əhməd Əl Şaraanın noyabr ayında ABŞ-yə səfər edəcəyini təsdiqləyib.
Bu barədə SANA XİN rəhbərinə istinadən məlumat yayıb.
Nazir konkret tarix demədən bildirib ki, bu ay Əl Şaraanın Ağ Evə səfəri planlaşdırılır və orada Suriyanın müharibədən sonrakı yenidən qurulması ilə bağlı danışıqlar aparacaq.
Səfərdə həmçinin Suriyaya qarşı sanksiyaların tamamilə ləğvi məsələsinin də müzakirə olunacağı gözlənilir. XİN başçısının sözlərinə görə, sanksiyaların davam etdirilməsi üçün heç bir səbəb yoxdur.
Bundan əvvəl o, ABŞ Prezidenti Donald Trampla Ər-Riyadda, sonra isə BMT Baş Assambleyasının iclası çərçivəsində görüşüb.
***
09:27
ABŞ Prezidenti Donald Tramp noyabrın 10-da Ağ Evdə Suriyanın keçid dövrü Prezidenti Əhməd Əl Şaraanı qəbul edəcək.
Bu barədə “Axios” nəşri ABŞ-ın Suriya üzrə xüsusi nümayəndəsi Tom Baraka istinadla məlumat yayıb.
Məlumata görə, Vaşinqtona səfəri çərçivəsində Əl-Şaraa Suriyanın ABŞ-ın rəhbərlik etdiyi “İslam Dövləti” (İŞİD) terror qruplaşması ilə mübarizə aparan beynəlxalq koalisiyaya qoşulması ilə bağlı sənədləri imzalayacaq.
Tom Barak, həmçinin bildirib ki, Əl Şaraa və Trampın görüşündən sonra Suriya ilə İsrail arasında danışıqların növbəti mərhələsinin keçirilməsi planlaşdırılır.
1 dəqiqə