Donald Tramp R.T.Ərdoğanla telefonla danışıb.
Bu barədə ABŞ prezidenti jurnalistlərə danışıb:
"Prezident Ərdoğanla çox yaxşı söhbətim oldu. Çox yaxşı münasibətlərimiz var.
Çox sərt insanlarla münasibətlərim olması əla deyilmi? O, sərt adamdır, amma mənim onunla başqa heç kimin olmadığı bir münasibətim var.
O, əslində yaxşı iş görüb. Bilirsiniz, mən onu əsl müttəfiq hesab edirəm. Bəziləri buna şübhə edə bilər, amma düşünürəm ki, o, əla müttəfiq olub və xalqı ona hörmət edir. Xalqı ona çox hörmət edir."
Öz növbəsində, Türkiyə prezidentinin mətbuat xidməti xəbər verir ki, Ərdoğan regiondakı münaqişə prosesində atəşkəsin uzadılması qərarını müsbət addım kimi qiymətləndirdiyini bildirib. Türkiyə lideri mübahisəli məsələlərdə məntiqli həllin mümkün olduğuna inandığını və irəli sürülən konstruktiv təşəbbüslərə dəstəyin davam edəcəyini vurğulayıb.
1 dəqiqə