Tramp Qrenlandiyanı ələ keçirmək planında israrlıdır FOTO
ABŞ Prezidenti bu barədə danışıqlar aparmaq üçün Qrenlandiyaya nümayəndə heyəti göndərib

ABŞ Prezidentinin milli təhlükəsizlik üzrə müşaviri Mayk Uolz, energetika naziri Kris Rayt və vitse-prezident Cey Di Vensin həyat yoldaşı da daxil olmaqla ABŞ nümayəndə heyətinin təyyarəsi Qrenlandiyaya enib.
Bu arada danimarkalı deputat Rasmus Jarlov ABŞ-ın krallığa qarşı ərazi iddiaları ilə bağlı Cey Di Vensə belə cavab verib:
- Qrenlandiya 1380-ci ildən Danimarkanın bir hissəsidir və onun sakinləri Danimarka vətəndaşlarıdır;
- Qrenlandiyalıların yalnız 6%-i ABŞ-ı Danimarkadan üstün tutur;
- Qrenlandiyada heç bir seçilmiş məmur ABŞ-a qoşulmağı dəstəkləmir;
- Qrenlandiyada Çin təhlükəsi yoxdur - yeganə narahatlıq ABŞ-ın təzyiqidir;
- Danimarka ABŞ-ın təhdidlərinə baxmayaraq, Qrenlandiyanı satmayacaq və rüşvət cəhdlərinə icazə verməyəcək.
Xatırladaq ki, ABŞ-ın vitse-prezidenti Vens bəyan etmişdi ki, ABŞ-ın “Qrenlandiyada daha çox ərazi marağı olacaq: “Qrenlandiyaya nəzarət edən Danimarka öz işini görmür, yaxşı müttəfiq deyil. Əgər bu, Qrenlandiyada daha çox ərazi maraqlarını götürməli olduğumuz anlamına gəlirsə, prezident Tramp bunu edəcək. Avropalıların bizə nə qışqırması onun vecinə deyil”.