Tramp Tammi Bryusu BMT nümayəndəsinin müavini təyin edib
ABŞ Prezidenti ona səfir rütbəsi verib

ABŞ Prezidenti Donald Tramp Dövlət Departamentinin sözçüsü Tammi Bryusu ABŞ-ın BMT-dəki nümayəndəsinin müavini təyin edib.
Prezident ona səfir rütbəsi verib. “İkinci prezidentlik dövrümün əvvəli Tammi Bryus Dövlət Departamentinin sözçüsü kimi əla xidmət göstərib və burada çox yaxşı iş görüb. O, BMT-də ölkəmizi parlaq şəkildə təmsil edəcək”, - deyə Tramp bildirib.