İsrail Müdafiə Qüvvələri Tehranı şumlamağda davam edir
İMQ Baş Qərargah rəisi Eyal Zamir İsrailin İrana qarşı əməliyyatının növbəti mərhələsinə keçdiyini açıqlayıb
İsrail Müdafiə Qüvvələri (İMQ) paytaxt Tehranda "İran rejiminin infrastrukturuna" genişmiqyaslı zərbələr endirdiyini açıqladı.
"İlkin hesabat: İMQ Tehranda İran terrorçu rejiminin infrastrukturuna genişmiqyaslı zərbə endirib", - deyə ordu açıqlamasında bildirib. Əlavə məlumat verilməyib.
Eyni zamanda, İran dövlət televiziyası paytaxtda partlayışlar barədə məlumat verib.
Daha əvvəl İMQ Baş Qərargah rəisi Eyal Zamir İsrailin İrana qarşı əməliyyatının növbəti mərhələsinə keçdiyini açıqlayıb.
1 dəqiqədən az