XƏBƏRLƏR / Münaqişə

Kəlbəcər yenidən atəşə tutuldu

Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib

Kəlbəcər yenidən atəşə tutuldu
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Avqustun 21-i saat 10:25-dən 10:30-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Yuxarı Şorca yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən Ordumuzun Kəlbəcər rayonunun Yellicə yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərini atıcı silahlardan atəşə tutub.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

    Azərbaycan Ordusunun bölmələri tərəfindən qeyd olunan istiqamətdə cavab tədbirləri görülüb.