Tramp Venesuelanı ABŞ-ın nəzarəti altında elan etdi
Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges ABŞ hökumətini əməkdaşlığa dəvət etdiyini açıqlayıb
Donald Tramp Nikolas Maduronun ələ keçirilməsindən bəri Venesuelanın faktiki olaraq ABŞ-ın nəzarəti altında olduğunu bəyan edib. O, ölkədə seçkilərin daha sonra, vaxtı çatanda keçirilməsini təklif edib. Tramp qeyd edib ki, hazırda Vaşinqton əsasən neft infrastrukturunun bərpasına diqqət yetirir.
Venesuelaya hazırda kimin nəzarət etdiyi ilə bağlı suala cavab olaraq o, vurğulayıb: "Məndən burada kimin rəhbər olduğunu soruşmayın, çünki mən sizə deyəcəyəm və cavab çox inandırıcı olacaq. Biz burada rəhbərik".

Bu arada, CNN-in məlumatına görə, Venesuela prezidentinin səlahiyyətlərini icra edən Delsi Rodriges ABŞ hökumətini əməkdaşlığa dəvət etdiyini açıqlayıb.
Onun sözlərinə görə, "əməkdaşlıq proqramı" "icmanın uzunmüddətli birgəyaşayışını gücləndirmək məqsədi ilə beynəlxalq hüquq çərçivəsində birgə inkişafa" yönələcək.
Rodriges bildirib ki, Venesuela ABŞ və regionla "balanslı və hörmətli beynəlxalq münasibətlərə" keçidi "prioritetləşdirəcək". Rodriges Trampa bildirib ki, "Prezident Donald Tramp, xalqlarımız və regionumuz müharibəyə deyil, sülhə və dialoqa layiqdir. Bu, həmişə Prezident Nikolas Maduronun mesajı olub və indi də bütün Venesuelanın mesajıdır. Venesuelanın sülhə, inkişafa, suverenliyə və gələcəyə haqqı var".
CNN qeyd edir ki, Rodrigezin son açıqlamaları, Nikolas Maduronu devirmək üçün ABŞ-ın "vəhşicəsinə güc tətbiqini" qınadığı əvvəlki açıqlamalarla müqayisədə tonda dəyişiklik olduğunu göstərir.
1 dəqiqə