XƏBƏRLƏR / Münaqişə

Tramp İrana: Etirazçılar öldürülsə, ABŞ sərt cavab verəcək

Bu barədə "Azad İran" "Telegram" kanalıı xəbər yayıb

Tramp İrana: Etirazçılar öldürülsə, ABŞ sərt cavab verəcək
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Bu gün ABŞ Prezidenti Donald Tramp “Air Force One” təyyarəsində jurnalistlərə açıqlamasında İran hakimiyyətinə ciddi xəbərdarlıq edib. O, bildirib ki, əgər İslam Respublikası əvvəlki dövrlərdə olduğu kimi etirazçıların öldürülməsinə başlayarsa, ABŞ buna çox sərt cavab verəcək.

    İranda ümumxalq etirazlar fonunda səslənən bu bəyanatda Tramp vurğulayıb ki, etirazçılara atəş açılması halında ABŞ onları qorumaq üçün müdaxilə edəcək.

    Tramp bildirib ki, əvvəlki prezident Barak Obamadan fərqli olaraq, İran etirazçılarını dəstəkləmək istiqamətində siyasətini dəyişib və bu yanaşmanı düzəldib.