XƏBƏRLƏR / Münaqişə

ABŞ-ın İrana zərbə endirmək ehtimalı olduğu kimi qalır

"Jerusalem Post": Bu səbəbdən Birləşmiş Ştatlar Yaxın Şərqdəki mövcudluğunu gücləndirir

ABŞ-ın İrana zərbə endirmək ehtimalı olduğu kimi qalır
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ İrana zərbə endirmək ehtimalı qaldığı üçün Yaxın Şərqdəki mövcudluğunu gücləndirir.

    Bu barədə İsrailin "Jerusalem Post" qəzeti yazır.

    USS Abraham Lincoln təyyarədaşıyan gəmisi və onu müşayiət edən zərbə qrupları Malayziya və İndoneziya arasında yerləşən Malakka boğazına çatıb. Onların beş-yeddi gün ərzində ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasına daxil olması gözlənilir.

    Nəşrin məlumatına görə, gəmi təxminən beş-yeddi gün ərzində Yaxın Şərq və Orta Asiyanı əhatə edən ABŞ Mərkəzi Komandanlığının məsuliyyət zonasında olacaq.

    Eyni zamanda, son 24 saat ərzində İordaniyaya 12 Amerika F-15 qırıcı təyyarəsi gəlib. Əlavə hava qruplarının yerləşdiriləcəyi gözlənilir. Hərbi nəqliyyat təyyarələri Hind okeanındakı Dieqo Qarsiya adasındakı ABŞ hərbi bazasına eniş edib.