SDQ yaraqlıları geri çəkilsə də, müqavimətini davam etdirir
Bu barədə "Əl Cəzira" kanalı xəbər verir
Suriya ordusu Rakka bölgəsində Suriya Demokratik Qüvvələri (SDQ) ilə döyüşlərdə itki verib.
“Əl Cəzira“ kanalı xəbər verir ki, Suriya ordusundan 3 hərbçi həlak olub, 2 nəfər isə yaralanıb.

SDQ Rakka ətrafında Suriya ordusu ilə döyüşlərin davam etdiyini və bu toqquşmaların İŞİD terrorçularının saxlanıldığı həbsxanaya yaxın yerdə baş verdiyini bildirib.
Qeyd edək ki, ötən gün Suriya ordusu və SDQ arasında atəşkəs razılaşması əldə edilib.
Razılaşmaya əsasən, SDQ Suriya ordusuna inteqrasiya edilməlidir.
1 dəqiqədən az