"Aravot.am"ın məlumatına görə, Gümrüdəki 102-ci hərbi bazanın ərazisindən bir qədər aralıda olan “Rusiya” adlı kafedə insident baş verib. Hərbi bazanın bir neçə əməkdaşı kafedə yeyib-içib, sərxoş olublar. Obyektin sahibləri özlərini yaxşı aparmadıqlarını görüb mədəni şəkildə onları kafedən çölə dəvət ediblər. Bir müddət sonra həmin əsgərlər yenidən peyda olub və kafedə bir neçə nəfəri döyüblər.
Əsgərlərin üçü həbs edilib.