Tramp TV yayımcılarının acığına öz televiziyasını yaratdı
Ağ Evin "YouTube" kanalında "TRUMP TV" yayıma başlayıb
Televiziya şəbəkələrinin Donald Trampın yayımını dayandırmaq barədə birgə qərarından* sonra Ağ Ev "YouTube" kanalında "TRUMP TV" yayıma başlayıb.
Trumpın mətbuat katibi Kaelan Dorrun sözlərinə görə, "TRUMP TV" əvvəllər media tərəfindən işıqlandırılmayan seqmentləri nümayiş etdirəcək və həmçinin administrasiyanın bütün amerikalılar üçün qeyri-dəqiq şəkildə bildirilən və ya ümumiyyətlə bildirilməyən bir çox rekord nailiyyətlərini vurğulayacaq.
* Ağ Evdə akkreditə olunmuş FOX News Media, ABC News, CBS News, CNN və NBC News, Prezident Donald Trampın CNN, MS NOW və "Politico"nu qadağan etməsindən sonra onun haqqında yayımı birgə dayandırmaq barədə razılığa gəldiklərini açıqlayblar. Tramp üç media orqanını "saxta xəbərlər" yayımlamaqda ittiham edib.
1 dəqiqədən az