XƏBƏRLƏR / Məhkəmə

Trampa qarşı məhkəmə hökmü yanvarın 10-na təyin olunub

Tramp məhkəməyə şəxsən gələ və ya virtual olaraq qoşula bilər

Trampa qarşı məhkəmə hökmü yanvarın 10-na təyin olunub
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Nyu-York Məhkəməsi Donald Trampın vəkillərinin rüşvət işindən imtina edilməsinə dair qaldırdığı vəsadəti rədd edib. Hakim Xuan Merçan Donald Trampa 47-ci prezident kimi andiçmə mərasimindən on gün əvvəl, yanvarın 10-da hökm oxunacağını açıqlayıb.

    Hakim əlavə edib ki, Tramp məhkəməyə şəxsən gələ və ya virtual olaraq qoşula bilər. Bildirilib ki, hökmə əsasən o, Trampın həbs olunmasına göstəriş verməyəcək.

    Donald Tramp 2016-cı ildə keçirilmiş prezident seçkiləri ərəfəsində aktrisa Stormi Deniyelsin susması məqsədilə rüşvət verməkdə və biznes məlumatlarını saxtalaşdırmaqda ittiham edilərək 34 maddə üzrə təqsirli bilinib.