XƏBƏRLƏR / Hadisə

Trampın iş otağında bir kişi huşunu itirib

Hadisə mətbuat konfransı vaxtı baş verib

Trampın iş otağında bir kişi huşunu itirib
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • ABŞ prezidenti Donald Trampın iş otağı olan Oval Ofisdə bir kişi huşunu itirib.

    Trampın mətbuat konfransı zamanı huşunu itirən şəxs Danimarkanın "Novo Nordisk" əczaçılıq şirkətinin baş direktoru Qordon Findlay olub.

    Yeri gəlmişkən, mətbuat konfransının özü də əczaçılıq məhsullarına həsr olunmuşdu.

    Ağ Ev artıq iş adamının yaxşı olduğunu və brifinqin tezliklə davam edəcəyini açıqlayıb.