Üç türk dövləti dronların istifadəsi üzrə təlim keçirib FOTO
Qazaxıstan, Qırğızıstan və Azərbaycanın birgə təlimləri haqda Qazaxıstan Fövqəladə Hallar Nazirliyi xəbər yayıb

Qazaxıstan, Qırğızıstan və Azərbaycan fövqəladə vəziyyətlərdə dronların istifadəsi üzrə beynəlxalq təlim keçirib.
Sentyabrın 15-dən 19-dək Almatı və Almatı vilayətində fövqəladə halların qarşısının alınması və aradan qaldırılması üçün pilotsuz aviasiyadan istifadə üzrə beynəlxalq master-treninq keçirilib. Tədbirdə Qazaxıstan, Azərbaycan və Qırğızıstandan 16 pilotsuz təyyarə operatoru iştirak edib.
Proqrama nəzəri məşğələlər və praktiki yarışlar daxil idi - qurbanların axtarışından tutmuş suyun tədqiqinə və pilotsuz təyyarələrin yığılmasına qədər. Təlim təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması sahəsində təcrübə mübadiləsi və əməkdaşlığın inkişafı platformasına çevrilib.