XƏBƏRLƏR / Müttəfiq

Müdafiə sənayesi naziri özbəkistanlı həmkarı ilə görüşüb

Vüqar Mustafayev Mansurjon İbodullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə hərbi-texniki əməkdaşlıq haqda danışıb FOTO

Müdafiə sənayesi naziri özbəkistanlı həmkarı ilə görüşüb
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Azərbaycanın müdafiə sənayesi naziri Vüqar Mustafayev Bakıda Özbəkistan Müdafiə Nazirliyi yanında Müdafiə Sənayesi Agentliyinin direktoru Mansurjon İbodullayevin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.

    Görüşdə Vüqar Mustafayev Azərbaycan-Özbəkistan müdafiə sənayesi tərəfdaşlığının daha da gücləndirilməsi üçün əhəmiyyətli potensialı vurğulayıb. Mansurjon İbodullayev isə öz növbəsində bu cür görüşlərin qarşılıqlı etimad və dostluğa əsaslanan münasibətlərin dərinləşməsində rolunu qeyd edib.

    Danışıqlar zamanı tərəflər ölkələrimiz arasında hərbi-texniki əməkdaşlığın inkişafı, müdafiə sənayesində müasir texnologiyaların və innovativ həllərin tətbiqi, istehsal potensialının genişləndirilməsi, kadr hazırlığının gücləndirilməsi və tədqiqat layihələrinin inkişafı məsələlərini müzakirə ediblər.