XƏBƏRLƏR / Müttəfiq

Türk dünyasının liderləri gələn ay Azərbaycanda toplaşacaq

Bu barədə TDT-nin rəsmi vebsaytında bildirilib

Türk dünyasının liderləri gələn ay Azərbaycanda toplaşacaq
  • Oxuma müddəti:

    1 dəqiqə

  • Türk Dövlətləri Təşkilatının (TDT) növbəti rəsmi zirvə toplantısı bu il Azərbaycanda keçiriləcək.

    TDT-nin rəsmi vebsaytında bildirilib ki, 12-ci Zirvə Toplantısı 6-7 oktyabr tarixlərində baş tutacaq.

    Zirvə görüşünün hansı şəhərdə baş tutacağı qeyd edilməsə də, bundan əvvəl mətbuatda görüşün Qəbələ şəhərində keçiriləcəyi barədə xəbər yaymışdı.

    Görüşün gündəliyi hələlik məlum deyil. 

    Qeyd edək ki, TDT-yə üzv dövlətlər Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistandır.

    Müşahidəçi üzvlər isə Macarıstan, Türkmənistan və Şimali Kipr Türk Respublikasıdır.

    Xatırladaq ki, bu ilin may ayında Macarıstanın paytaxtı Budapeştdə TDT Dövlət başçılarının qeyri-rəsmi Zirvə görüşü keçirilib.