Türkiyə Demokratiya və Milli Birlik Gününü qeyd edir
Azərbaycan Xarici İşlər Nazirliyi qardaş ölkəni təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi Türkiyəni Demokratiya və Milli Birlik Günü münasibətilə təbrik edib:
"15 iyul 2016-cı il qardaş türk xalqının öz dövlətçiliyini və milli iradəsini qətiyyətlə müdafiə etdiyi şərəfli bir tarixdir. Bu gündə dövlət çevrilişinə cəhdin qarşısının alınmasında canlarından keçmiş şəhidlərin nurlu xatirəsini dərin ehtiram və rəhmətlə anırıq. Qəhrəman türk xalqının birliyi və iradəsi sayəsində yazılmış bu dastan milli sülhün, milli sabitliyin və ortaq dəyərlərin qorunmasına töhfədir. Günaydın, əziz Türkiyə!” - Azərbaycan Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.