Türkiyə Cümhuriyyəti 101 yaşında VİDEO
1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib
Bu gün Türkiyə Respublikasının qurulmasının 101 illiyidir.
1923-ci il oktyabrın 29-da Türkiyə Böyük Millət Məclisi Cümhuriyyəti elan edib.
İki il sonra - 1925-ci ildə bu günün türk dövlətinin yaranması günü kimi qeyd olması barədə qanun qəbul olunub.
Türkiyə Respublikasının qurulması türk milləti və bu ölkənin varlığı uğrunda mübarizə aparanlar üçün böyük sınaqlar hesabına başa gəlib. Türkiyə Cümhuriyyətinin yaradılması Birinci Dünya müharibəsindən sonra Osmanlı dövlətini parçalayıb məhv etmək istəyənlər üzərində qələbənin nəticəsidir.
Türkiyə Cümhuriyyətinin ərazisi 783 min kv. km-dir. Hazırda Türkiyənin əhalisi 86 milyondan çoxdur.