Türkiyə Əfqanıstana 24 ton humanitar yardım yollayıb
Yardımın Baqlan, Tahar və Bədəxşan əyalətlərinin sakinləri arasında bölüşdürülməsi planlaşdırılır
Türkiyə Əfqanıstana növbəti humanitar yardım partiyasını yollayıb.
24 ton humanitar yardım yüklənmiş hərbi-nəqliyyat təyyarəsi Əfqanıstanın şimal-qərbində yerləşən Balh əyalətinin inzibati mərkəzinə - Məzari-Şərif şəhərinin hava limanına enib.
Türkiyənin Qırmızı Aypara Cəmiyyətinin və Fövqəladə Hallar İdarəsinin (AFAD) xətti ilə hazırlanmış yükə 2 min adyal, 14,3 min ton ərzaq və 7 min ton dərman preparatları daxildir.
Yardımın Baqlan, Tahar və Bədəxşan əyalətlərinin sakinləri arasında bölüşdürülməsi planlaşdırılır. BMT-nin məlumatına görə, bu əyalətlərdə mayın 10-11-də daşqınlar nəticəsində 300-dən çox insan həlak olub.