İran 8 ildən sonra Xəzərin statusunu qəbul edəcək?
XİN sözçüsü Bəqai bildirib ki, parlament tezliklə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya edə bilər
İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi bildirib ki, İran tezliklə Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiyanı ratifikasiya etməyi nəzərdən keçirəcək.
O qeyd edib ki, sənəd artıq imzalanıb və hüquqi və siyasi baxışdan keçib. İyulun 22-də hökumət tərəfindən təsdiqləndikdən sonra sənəd baxılması üçün parlamentə təqdim edilib.
Bəqainin sözlərinə görə, ratifikasiya Xəzəryanı dövlətlər arasında əməkdaşlığı asanlaşdıracaq və regiondan kənar ölkələrin dənizdən istifadəsinin qarşısını alacaq. Lakin baza xəttinin müəyyən edilməsi məsələsi ayrıca konvensiya çərçivəsində həll olunacaq.
Xatırladaq ki, Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya 12 avqust 2018-ci ildə Aktauda Azərbaycan, İran, Qazaxıstan, Rusiya və Türkmənistan tərəfindən imzalanıb. İrandan başqa bütün xəzəryanı dövlətlərin parlamentləri bu beynəlxalq sənəti ratifikasiya edib.
İran Xəzər dənizində daha çox paya iddia edərək müqavilənin indiyədək təsdiq etməyib.
1 dəqiqə