Azərbaycan vətəndaşlarının da olduğu gəmi vurulub və batıb
Qara dənizdə batan “Royad Məmmədov” gəmisi Türkiyənin “Palmali” şirkətinə məxsusdur
17:07
Rusiya ordusu Qara dənizin neytral sularında taxıl daşıyan mülki gəmiyə iki dronla zərbə endirib.
Bu barədə Ukrayna Prezidenti Volodimir Zelenski “X” hesabında yazıb.
Onun sözlərinə görə, gəmi Türkiyəyə məxsus olub. Hücum nəticəsində kapitan ölüb.
Zelenski gəmidə Azərbaycan və Hindistan vətəndaşlarının olduğunu qeyd edib.
“Təəssüf ki, gəminin kapitanı ölüb. Digər şəxsin taleyi isə araşdırılır”, - Ukrayna Prezidenti vurğulayıb.
O əlavə edib ki, gəmidən 11 nəfər xilas edilib, onlardan biri xəsarət alıb.
***
16:35
Türkiyənin "Royad Mammadov" ticarət gəmisi Qara dənizdə dron hücumundan sonra batıb - ReplicaOnline.
Hücum nəticəsində iki nəfər həlak olub, 11 heyət üzvü isə Rumıniya xilasediciləri və sahil mühafizəsi tərəfindən xilas edilib.

• Hadisə yeri: Rumıniyanın Eksklüziv İqtisadi Zonası, Sfantu Gheorghedən təxminən 30 dəniz mili cənubda, Peskarus neft platformasının yaxınlığında.
• Qurbanlar və heyət: Zərbə və sonrakı yanğın nəticəsində iki heyət üzvü həlak olub. On bir dənizçi Rumıniya xilasediciləri və sahil mühafizəsi tərəfindən xilas edilib.
• Xilas edilən dənizçilərin vəziyyəti: Kapitan və bir neçə digər dənizçi yaralanıb və tibbi yardım üçün vertolyotla sahilə təxliyə edilib.
• Gəmiçiliyə təsir: Hadisə hərbi risklərin ümumi kəskin artması və Qara dəniz hövzəsində ticarət gəmilərinə hücumların sayının artması fonunda baş verib.

“Royad Məmmədov” gəmisi Türkiyənin “Palmali” şirkətinə məxsusdur. Şirkət 2022-ci ildə gəmilərindən birinə II Qarabağ müharibəsində şəhid olan Röyad Məmmədovun adını verib.
Röyad Məmmədov Masallı rayonunun Mahmudavar kəndində anadan olub. O, 2020-ci il noyabrın 8-də Vətən müharibəsi zamanı şəhid olub.
Hazırda hadisənin bütün detalları, o cümlədən hücumun dəqiq şəraiti və məsul tərəflə bağlı araşdırmalar davam edir.
2 dəqiqə