Türkiyənin Gürcüstanla həmsərhəd bölgəsində dekabrın 9-da torpaq sürüşməsi baş verib.
Gürcüstan KİV-i xəbər verir ki, insident Arxavi şəhərində magistral yolda baş verib.
Hazırda əsas yol bağlanıb, təmizləmə işləri aparılır.
Ölən və ya yaralananlar barədə hələlik məlumat daxil olmayıb.