XƏBƏRLƏR / Müttəfiq

Türkiyə həmişə Azərbaycanın yanında olacaq

Bunu Türkiyənin milli müdafiə naziri Yaşar Gülər bəyan edib

Türkiyə həmişə Azərbaycanın yanında olacaq
  • Oxuma müddəti:

    1 dəqiqədən az

  • Türkiyənin milli müdafiə naziri Yaşar Gülər ​​Azərbaycanı 8 noyabr Qələbə Günü və 9 noyabr Dövlət Bayrağı Günü münasibətilə təbrik edib.

    "Şanlı Azərbaycan Ordusu doğma Qarabağı işğaldan azad etmək üçün cəsarət və qətiyyət nümayiş etdirdi. Türkiyənin gücü Azərbaycanın gücüdür, Azərbaycanın gücü isə Türkiyənin gücüdür", - deyə nazir vurğulayıb.